Çin Müdafiə Nazirliyi Pentaqonun ÇXR-in hərbi inkişafı ilə bağlı hesabatı ilə bağlı etiraz edib.
RİA Novosti xəbər verir ki, bu barədə idarənin rəsmi nümayəndəsi Çjan Syaoqanq bildirib.
“Dəlillər göstərir ki, ABŞ-ın hərbi strategiyası getdikcə qarşıdurma, hücum və avantürist xarakter alır”.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “beynəlxalq nizamın ən böyük dağıdıcısına və qlobal təhlükəsizliyə ən böyük təhdid”ə çevrilib.
Dekabrın 19-da ABŞ Müdafiə Nazirliyi illik hesabatını dərc edib və orada Çinin 2024-cü ilin ortalarına qədər 600-dən çox nüvə başlığına malik olduğu, 2030-cu ilə qədər isə onların sayının mini keçəcəyi bildirilir. Pentaqon hesab edir ki, Çin ABŞ-la strateji rəqabətin artması fonunda nüvə qüvvələrini artırır.