Çin onlara qarşı əsassız məhdudiyyətləri aradan qaldırmağa çağırıbbackend

Birləşmiş Ştatlar Çin Xalq Respublikasına qarşı əsassız ticarət məhdudiyyətlərini aradan qaldırmağa davam etməlidir.

Bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.

“Biz qeyd etmişik ki, Birləşmiş Ştatlar bu yaxınlarda Çinə Nvidia H20 çiplərinin satışını təsdiqləmək təşəbbüsü ilə çıxış edib. Çin hesab edir ki, ABŞ “sıfır məbləğli oyun” zehniyyətindən əl çəkməli və əsassız ticarət və iqtisadi məhdudiyyətləri aradan qaldırmağa davam etməlidir”, – Çin nazirliyi bildirib.