Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) CentiSpace-2 peyklərini aşağı Yer orbitinə uğurla buraxdığını açıqladı.
Buraxılış Sarı dənizdəki Haiyang Peyk Buraxılış Mərkəzindən Jielong-3 buraxılış vasitəsi ilə həyata keçirilib. Buraxılış 22 mart tarixində Pekin vaxtı ilə saat 23:49-da (Bakı vaxtı ilə saat 19:49) baş tutub.
CentiSpace seriyalı peyklər aşağı Yer orbitindən qlobal naviqasiya peyk sistemləri üçün gücləndirici siqnallar ötürmək üçün nəzərdə tutulub.














