Çin Putinin Çinlə münasibətlərdə Qərbi “qəzəbləndirən” addımlarından danışıbbackend

Çinin “Sohu” nəşri son 72 saat ərzində Rusiyanın Çinlə yaxınlaşma istiqamətində iki mühüm addım atdığını yazıb.

Məqalənin eksklüziv tərcüməsini ABN24 portalı dərc edib.

Agentliyin məlumatına görə, birincisi Rusiyanın Çinə neft tədarükünün 10 il müddətinə hər il 2,5 milyon ton artırılmasına dair uzunmüddətli müqavilənin imzalanması olub. Çinli jurnalistlərin fikrincə, bu, Moskvanı milyardlarla dollar sabit gəlirlə təmin edəcək.

İkinci addım isə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenkonun Rusiyanın ABŞ-la apardığı danışıqlara dair məlumatı Pekinlə açıq şəkildə paylaşması barədə bəyanatı oldu.