Çin Putinin Tayvanla bağlı təxribatçı suala cavabını şərh edibbackend

Rusiya prezidenti Vladimir Putin Amerikanın NBC telekanalı Key Simmonsun Çin və Tayvanla bağlı təxribat xarakterli sualını cavablandırıb. Onun sözlərini Çinin “Sohu” portalı yayıb.

Simmons Rusiya prezidentindən Pekinin Tayvana qarşı güc tətbiq etmək qərarına gəldiyi təqdirdə Moskvanın necə reaksiya verəcəyini soruşub.

“Mən Çin Xalq Azadlıq Ordusunun Tayvana qarşı güc tətbiq etməyi planlaşdırdığı barədə heç nə eşitməmişəm. Siyasət hipotetik fərziyyələrə dözmür, ona görə də baş verməyən hadisələri şərh etmək iqtidarında deyiləm”, – Putin paylaşıb.

Portal müəlliflərinin yazdığı kimi, Putin jurnalistlərin tələsindən yayınmağa və Çinlə əlverişli münasibətləri qorumağa nail olub.