Çin Qərbi Afrikadakı ən böyük infrastruktur layihələrindən sıxışdırıb çıxardıbackend

Afrikanın ən böyük infrastruktur layihələrinin tikintisi üçün Qərb podratçılarını bazardan sıxışdırmaq üçün Çin şirkətlərinə cəmi 10 il lazım oldu. Bu barədə Honq-Konqda nəşr olunan South China Morning Post (SCMP) qəzeti yazır.

Qəzet qeyd edir ki, 90-cı illərdə Afrikada tikinti layihələrinin 80%-i Qərb şirkətləri tərəfindən həyata keçirilirdi. Onların qitədə infrastruktur tikintisində payı tədricən azaldı, lakin 2013-cü ildə bazarın təxminən 37%-ni, Çin isə təxminən 12%-ni təşkil etdi. Lakin 2013-cü ildə Pekinin “Bir kəmər, bir yol” layihəsi ortaya çıxdıqdan sonra Çin şirkətləri sürətlə bazarın əhəmiyyətli hissəsini zəbt etdi.

Belə ki, 2022-ci ildə Çindən olan podratçılar Afrikanın ən böyük infrastruktur obyektlərinin tikintisi üzrə müqavilələrin 31%-ni qazanıblar. Eyni zamanda, Qərb ölkələrinin şirkətlərinin payı 12%-ə qədər azalıb.

Məmbə: A Haber