Çin rekord sürətlə mədən aktivlərini alırbackend

Çin 2013-cü ildən bəri ən yüksək səviyyəyə çataraq xaricdəki mədən layihələrinə investisiyaları artırır.

Bu barədə Britaniyanın Financial Times (FT) nəşri S&P və Mergermarket-in məlumatlarına istinadən məlumat yayıb.

Appian Capital Advisory-dən Michael Scherb nəşrə izah etdi ki, “Çin şirkətləri qısamüddətli fürsət pəncərəsi olduğuna inanaraq daha fəallaşıblar. Onlar geosiyasi vəziyyət daha da mürəkkəbləşməmiş sövdələşmələri bağlamağa çalışırlar”.

2024-cü ildə əməliyyatın dəyəri 100 milyon dolları keçib. Trend davam edir: Zijin Mining Qazaxıstanda 1,2 milyard dollara qızıl yatağı almağı planlaşdırır, Baiyin Nonferrous Group Braziliyanın Mineracao Vale Verde şirkətini 420 milyon dollara alıb.

Ekspertlər fəallığı Çinin resurslara ehtiyacı və ticarət münaqişələri səbəbindən xammala çıxışını itirmək riskləri ilə əlaqələndirirlər.