Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin bildirib ki, Pekin enerji təchizatı zəncirlərinin davamlılığını yaxşılaşdırmaq üçün Moskva ilə əməkdaşlığa hazırdır. Bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, Pekin enerji sektorunda yüksək səviyyədə tərəfdaşlıq əlaqələrinin qurulması, eləcə də enerji sənayesində təchizat zəncirlərinin davamlılığının davamlı olaraq təkmilləşdirilməsi üçün Moskva ilə əməkdaşlığa hazırdır.
Si Cinpin əlavə edib ki, Çin Rusiya Federasiyası ilə birlikdə enerji bazarının uzunmüddətli perspektivdə davamlı inkişafına kömək etməyə və təmiz enerji sahəsində tərəfdaşlıqların yaradılmasına töhfə verməyə hazırdır.
Mənbə: RİA Novosti