Çin Rusiya ilə əməkdaşlığı gücləndirmək istəyirbackend

Çin Rusiya ilə strateji koordinasiyanı gücləndirmək niyyətindədir.

Bu barədə Çinin Rusiyadakı səfiri Zhang Hanhui RİA Novosti-yə yazdığı məqaləsində yazıb.

Diplomat vurğulayıb ki, Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında iki ölkə arasında münasibətlər tarixdə ən yüksək səviyyədədir.

“Rusiya tərəfi açıq şəkildə bildirir ki, o, “Tayvanın müstəqilliyini” heç bir formada tanımır və Çinin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də ölkənin birləşdirilməsi istiqamətində hərəkətlərini dəstəkləyir”, – məqalədə deyilir.