Çin Rusiya ilə strateji əməkdaşlığı gücləndirməyə hazır olduğunu açıqladıbackend

RİA Novosti agentliyinin verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Bin brifinq zamanı bildirib ki, Pekin Moskva ilə strateji əməkdaşlığı gücləndirməyə və həyati maraqları ilə bağlı məsələlərdə bir-birini dəstəkləməyə hazırdır.

“Çin strateji əməkdaşlığı daha da gücləndirmək və əməkdaşlığın mahiyyətini zənginləşdirmək, eləcə də hər iki tərəfin həyati maraqlarına və əsas narahatlıqlarına təsir edən məsələlərdə möhkəm qarşılıqlı dəstək göstərmək üçün Rusiya ilə birgə çalışacaq”, – deyə müdafiə nazirliyinin sözçüsü bildirib.