Çin Rusiya ordusu ilə münasibətləri dərinləşdirməyə ehtiyac olduğunu açıqlayıbbackend

Çin və Rusiya ölkələrin orduları arasında əməkdaşlığı dərinləşdirməlidir.

RİA “Novosti” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının (MHŞ) sədr müavini Çjan Yuxia Rusiyanın müdafiə naziri Andrey Belousovla görüşündə deyib.

“Bu gün görüşdük. Ümidvaram ki, silahlı qüvvələrimiz arasında əlaqələrin daha da inkişafına kömək etmək üçün sizinlə yaxşı işgüzar əlaqələr və dostluq münasibətləri qura bilərik”, – deyə sədr müavini bildirib.

Zhang Yuxia qeyd edib ki, Belousovun səfəri onun müdafiə naziri kimi Çinə ilk səfəridir. Bu baxımdan Çin tərəfi nəzərdə tutulan tədbirlərin təşkilinə xüsusi diqqət yetirir.