Çin Rusiyadan tullantıların və mis qırıntılarının alışını əhəmiyyətli dərəcədə artırıbbackend

Çin Xalq Respublikası Rusiyadan mis qırıntıları və tullantılarının alışını 13 dəfə artıraraq 728,5 milyon dollara çatdırıb

Bu barədə RİA Novosti Çin gömrük rəsmilərinin məlumatlarına istinadən xəbər verir.

Reuters hurda adı altında mis çubuq satışının artımını Çin tərəfinin vergilərə qənaət etmək istəyi ilə izah edir. Çin bu metalın dünyada aparıcı istehlakçısıdır.

2024-cü ilin nəticələrinə əsasən, Rusiya Çin bazarına mis idxal edən ölkələr arasında yeddinci yeri tutdu. Bu məhsulların Çin bazarına ən böyük tədarükçüləri Konqo Demokratik Respublikası (15,17 milyard dollar), Çili (6,65 milyard dollar) və Yaponiyadır (5,88 milyard dollar).