Avqustun 24-dən Çin Rusiyanın Krasnodar və Stavropol diyarlarında və Samara vilayətində yerləşən dörd müəssisəsinin istehsal etdiyi quş ətinin idxalını dayandırıb. Bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Rosselxoznadzor nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi Çindən məhdudiyyətlərin səbəblərini aydınlaşdırmağı xahiş edib. Lakin Çin rəsmilərindən hələlik heç bir cavab gəlməyib. Şöbədən qeyd olunub ki, bu müəssisələrin yerləşdiyi bütün rayonlarda quş qripinə yoluxma halları qeydə alınmayıb, həmçinin onun yayılma imkanları yoxdur.
Quşçuluq şirkətinin top menecerlərindən birinin sözlərinə görə, quşda təhlükəli maddələrin, xüsusən də antibiotiklərin qəbuledilməz konsentrasiyası aşkar edilərsə, həmçinin məhsulun etiketlənməsi qaydalarının pozulması halında belə Çinə ixrac dayandırıla bilər.
Mənbə: Lenta.ru












