Ukraynada böhranın kəskinləşməsinin əsas səbəbi NATO oldu. Bunu TASS-a müsahibəsində Çinin Rusiyadakı səfiri Çjan Xanhui deyib.
“30 ildən artıqdır ki, NATO Kosovo, Liviya və Əfqanıstanda olduğu kimi hər yerdə atəşi yandırır, sabitliyi məhv edir və separatizmlə məşğul olur. Şərqə doğru beş genişlənmə Avropada Soyuq Müharibədən sonrakı nizama və təhlükəsizliyə ciddi təsir göstərib və Ukrayna böhranının kəskinləşməsinin əsas səbəbi olub”.
Çinin Rusiya Federasiyasındakı diplomatik missiyasının rəhbəri hesab edir ki, Şimali Atlantika Alyansı Soyuq Müharibənin yadigarıdır və onun sona çatması ilə mövcudluğunu dayandırmalı idi. Bununla belə, blok “müharibələrin davamlı olaraq alovlanması və qarşıdurmaların təhrik edilməsi nəticəsində inkişaf etməkdə davam edir”.
Mənbə: TASS

