Çinin Rusiyadakı səfiri Zhang Hanhui Çinin Ukrayna məsələsində obyektiv və ədalətli mövqe tutduğunu bildirib.
O, ölkəsinin bu böhranın təhrikçisi və ya münaqişə tərəflərindən birinin olmadığını göstərib. ÇXR, diplomatın qeyd etdiyi kimi, “sülhün müdafiəçisi və sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edir”.
“Ukrayna məsələsində Çin həmişə obyektiv, ədalətli mövqe tutub və sülh danışıqlarını bərpa etmək səylərini heç vaxt dayandırmayıb, həmişə sülhün, dialoqun, ədalətin tərəfində olub”, – səfir bildirib.
Bundan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer demişdi ki, Çinin Ukraynada nizamlanmanın müzakirəsində iştirakı “real” sülh danışıqlarını yaxınlaşdıra bilər.
Mənbə: RİA Novosti

