Çinin sədri Si Cinpin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 23-cü iclası zamanı bildirib ki, alyans rəngli inqilablara və ölkələrin daxili işlərinə xarici qüvvələrin müdaxiləsinə müqavimət göstərməlidir.
Bu barədə TASS məlumat yayıb.
Çin rəhbərinin sözlərinə görə, təşkilat ölkələri regionun ümumi uzunmüddətli maraqlarını nəzərə almaqla, xarici siyasət üzərində müstəqil şəkildə işləməlidir.
“Biz kənardan yeni soyuq müharibəni qızışdırmaq və regionumuzda blok qarşıdurmasını təhrik etmək cəhdlərinə qarşı ayıq-sayıq olmalı və kənardan müdaxilə və rəngli inqilabları ruhlandırmaq cəhdlərinə qəti şəkildə qarşı olmalıyıq”, – Si Cinpin vurğulayıb.
Mənbə: TASS
