Çin hakimiyyəti yerli şirkətlərə ondan çox Amerika və İsrail şirkəti tərəfindən hazırlanmış kibertəhlükəsizlik məhsullarından istifadəni dayandırmağı tövsiyə edib.
Reuters mənbələrə istinadən xəbər verir ki, qərar Pekin və Vaşinqton arasında artan texnoloji və ticarət qarşıdurması fonunda milli təhlükəsizlik səbəbləri ilə verilib.
Mənbələrə görə, Çin tənzimləyiciləri xarici proqram təminatının məxfi məlumatları toplaya və xaricə ötürə biləcəyindən narahatdırlar. Nəticədə, müəssisələrə yerli alternativlərə keçmək tapşırılıb. Mənbələrə görə, bildirişlər son günlərdə göndərilməyə başlayıb, lakin kampaniyanın əhatə dairəsi hələ də məlum deyil.















