Çin şirkətlərinin Avropa İttifaqı (Aİ) tərəfindən Rusiya əleyhinə sanksiyalar paketinə daxil edilməsi Çinin Avropa ilə ticarət əlaqələrinə mənfi təsir göstərir və buna görə də Pekin milli şirkətləri qorumaq üçün cavab tədbirləri görəcək.
Bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
“Çin beynəlxalq hüquqda heç bir əsası olmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmayan birtərəfli sanksiyalara həmişə qarşı çıxıb”, – bəyanatda deyilir.
Departament vurğulayıb ki, Qərbin hərəkətləri Çin və Aİ liderləri arasında “konsensus ruhuna ziddir”.