Çin strateji malların ticarəti üçün yeni qaydalar tətbiq edibbackend

Çin hakimiyyət orqanları neft, dəmir filizi, mis konsentratı, kalium gübrələri və nadir torpaq elementlərinin ixracı üzərində gücləndirilmiş statistik nəzarət tətbiq edib. Bu barədə TASS Çin Xalq Respublikasının Ticarət Nazirliyinə istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, bu mallarla beynəlxalq ticarətlə məşğul olan şirkətlər ixrac və idxal əməliyyatları haqqında məlumatları dövlət reyestrinə təqdim etməlidirlər.

Qərar oktyabrın 31-də qüvvəyə minib və iki il müddətində qüvvədə olacaq. Əvvəllər analoji prosedur 14 növ digər məhsula: soya, kolza, soya və kolza yağı, soya unu, süd, zərdab, donuz əti, mal əti, quzu əti və əlaqədar məhsullara, həmçinin qarğıdalı posası və qismən şəkərə şamil edilirdi. Qeyd olunur ki, sadalanan 14 adda mallar üzrə respublika ərazisinə girişin monitorinqinin əvvəlki qaydaları saxlanılıb.

Mənbə: TASS