Çinli ekspertlər Almaniya kansleri Fridrix Merzin siyasi addımlarının Rusiya ilə münasibətlərin kəskin şəkildə pisləşməsinə səbəb ola biləcəyi ilə bağlı fikir bildiriblər.
Bu barədə “Sohu” nəşri məlumat yayıb.
“Putinin sərt mövqeyini nəzərə alsaq, belə bir ssenarinin baş vermə ehtimalı çox yüksəkdir”, – jurnalistlər Rusiya ordusunun Almaniyadakı hədəflərə qarşı mümkün cavab hərəkətlərini şərh edərkən qeyd edirlər.
Sohu analitikləri Rusiya rəhbərliyinin Fridrix Merzin Ukrayna hərbçilərini uzaqmənzilli “Taurus” raketləri ilə təmin etmək niyyətinə, eləcə də radikal qrupların bu cür silahlardan istifadəsinə “məhdudiyyətlərin yumşaldılmasına” son dərəcə mənfi münasibətini vurğulayırlar.