Çin Tayvanın “müstəqilliyinə” dözməyəcəyini bildiribbackend

Çin Mərkəzi Televiziyasının (CCTV) sitat gətirdiyi məlumata görə, Çin prezidenti Si Cinpin bildirib ki, Çin Tayvanın müstəqilliyinə “qətiyyən dözməyəcək”.

Çin lideri Tayvanın müxalifət Kuomintang partiyasının sədri Çjen Liven ilə görüşündə vurğulayıb ki, “Biz boğaz arasındakı münasibətlərin gələcəyini Çin xalqının öz əlində saxlamaq niyyətindəyik”.

Bu, iki partiya lideri arasında 10 ildən sonra ilk danışıqlardır.

Görüş zamanı Si Cinpin beynəlxalq vəziyyətdə heç bir dəyişikliyin milli birləşməyə doğru tarixi tendensiyanı dayandırmayacağını qeyd edərək, separatçılarla qətiyyətli mübarizənin vacibliyini vurğulayıb. Çin liderinin sözlərinə görə, Tayvan müstəqilliyinin tərəfdarları Tayvan boğazında sülhü pozan əsas günahkarlardır.