Çin Ukraynadakı münaqişəyə görə ona iqtisadi təzyiq göstərilməsinin əleyhinədir.
Bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cyan bildirib.
“Çin Ukrayna münaqişəsinin nə təhrikçisi, nə də tərəfi deyil və bununla əlaqədar ona edilən qondarma iqtisadi təzyiqin qəti əleyhinədir” – Lin Jian vurğulayıb.
Sentyabrın 10-da “Financial Times” qəzeti üç mənbəyə istinadən yazıb ki, ABŞ prezidenti Donald Tramp Ukraynada nizamlanmanı sürətləndirmək üçün Rusiyaya təzyiqi artırmaq üçün birgə tədbirlər çərçivəsində Aİ-ni Hindistan və Çinə rüsumları 100%-ə çatdırmağa çağırıb. Nəşrin mənbələrindən biri qeyd edib ki, Brüssel oxşar qərar qəbul edərsə, Vaşinqton Aİ ilə eyni rüsumları tətbiq etməyə hazırdır.