Çin Ukraynadakı vəziyyətin nizamlanması üçün istənilən səyləri dəstəkləyirbackend

Çin Ər-Riyadda ABŞ-Rusiya danışıqları da daxil olmaqla, Ukraynada sülhə nail olmaq səylərini dəstəkləyir.

“RİA Novosti” xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun bildirib.

Diplomat qeyd edib ki, bütün digər maraqlı tərəflər Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara vaxtında qoşula biləcəklər.

Quo Jiakun əlavə edib ki, Çin həmişə danışıqları böhranın həlli üçün yeganə səmərəli yol hesab edib.