Çin və Ekvador azad ticarət sazişi imzalayıbbackend

Çinin ticarət naziri Vanq Ventao Ekvadorun xarici ticarət, istehsal və balıqçılıq naziri Xulio Xose Prado ilə iki ölkə arasında azad ticarət sazişi imzalayıb. Bu barədə TASS Çinin İqtisadiyyat Departamentinə istinadən məlumat yayıb.

Rəsmi razılaşmalar onlayn şəkildə əldə edilib. Çin departamenti qeyd edib ki, beynəlxalq əməkdaşlığın növbəti mərhələsi sənədin ratifikasiyasıdır. Bunun ən qısa zamanda həyata keçirilməsinin planlaşdırıldığı bildirilir.

İki dövlət arasında azad ticarət sazişi üzrə danışıqlar 2022-ci ilin fevralında başlayıb. Əldə edilən razılaşma Çin və Cənubi Amerika dövləti arasında iqtisadi əməkdaşlığın sabit və inamlı inkişafını təmin etmək üçün nəzərdə tutulub.