Çin Xarici İşlər Naziri Qin Gang: Çin Ukrayna böhranının atəşinə yağ qatmır

Çin Xarici İşlər Nazirliyinin rəhbəri Qin Qanq bildirib ki, Çin tərəfi Ukraynadakı münaqişəyə od vurmur, əksinə ədaləti müdafiə edir, danışıqların aparılması və vəziyyətin yumşaldılmasının tərəfdarıdır.

TASS xəbər verir ki, bunu Qin Qanq Şanxayda Lantinq Forumunun açılışında çıxışı zamanı deyib.

“Çin Xalq Respublikası odun üstünə yağ tökmür və ya qazanc əldə etmək fürsətindən istifadə etmir, əksinə ədaləti qoruyur, sülhü təşviq edir, böhranı “azaltmaq” və vəziyyəti “sərinləmək” üçün danışıqları irəli aparır”, – deyə o bildirib.

İctimai.az

Oxşar xəbərlər