Ukrayna ərazisində münaqişənin qarşısını almaq olardı.
TASS xəbər verir ki, bunu Çin Xalq Respublikasının xarici işlər naziri Van İ deyib.
“Ukraynadakı böhran üç ildən çoxdur ki, davam edir, geriyə baxanda deyə bilərik ki, bu faciənin qarşısını almaq olardı, bütün tərəflər böhrandan dərs çıxarmalıdır. Təhlükəsizlik qarşılıqlı və bərabərdir, bir ölkənin təhlükəsizliyi digərlərində təhlükəsizliyin olmamasına əsaslana bilməz”, – deyə idarə rəisi bildirib.
Van Yi əlavə edib ki, hazırda əməkdaşlığa əsaslanan yeni hərtərəfli təhlükəsizlik konsepsiyasını praktikada tətbiq etmək lazımdır. Nazirin sözlərinə görə, bu, davamlı sülhə nail olmağın yeganə yoludur.