Çin Xarici İşlər Nazirliyi ABŞ-ın nüvə arsenalını genişləndirmək qərarını yüksək qiymətləndiribbackend

ÇXR ABŞ-ın qondarma “Çin təhlükəsi” bəhanəsi ilə nüvə arsenalını genişləndirmək qərarına qarşıdır. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

Diplomat vurğulayıb ki, əslində Vaşinqtonun istifadə etdiyi “Çin təhlükəsi” mövcud deyil.

“Çin ABŞ-ın nüvə arsenalını genişləndirməsinə və nüvə tərksilahına dair öz öhdəliklərini yerinə yetirməkdən yayınmasına qəti şəkildə qarşıdır”, o əlavə edib.