Çin Xarici İşlər Nazirliyi Pentaqonu Çinin müdafiə strategiyasını qəsdən təhrif etməkdə ittiham edibbackend

ABŞ Müharibə Departamentinin hesabatları Çinin müdafiə strategiyasını qəsdən təhrif edir və Çinin üçüncü ölkələrlə münasibətlərində nifaq salmaq üçün bir vasitə kimi istifadə olunur.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinq zamanı bildirib.

“Amerikanın bu hesabatı Çinin müdafiə siyasətini təhrif edir və digər ölkələrlə münasibətlərdə nifaq salır”, – diplomat bildirib.

O əlavə edib ki, Pentaqonun hesabatlarında Amerikanın hərbi hegemonluğunu saxlamaq üçün bəhanələr də var.