Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranından yeganə çıxış yolunu açıqlayıbbackend

Çin hesab edir ki, Ukrayna böhranından yeganə çıxış yolu siyasi həlldir; Çin tərəfi istənilən birtərəfli sanksiyalara qarşıdır.

TASS xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan brifinq zamanı deyib.

Bununla da o, NATO-nun baş katibi Mark Ruttenin Çin, Braziliya və Hindistanın Rusiya Federasiyasına təzyiq göstərməkdə iştirakdan imtina etmələri səbəbindən ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyi barədə bəyanatını şərh edib.

“Tarif müharibəsində qalib yoxdur və məcburiyyət və təzyiq problemi həll edə bilməz” deyə Çin Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

O, “bütün tərəflərin böhranın sonrakı həllinə töhfə verəcəyinə” ümid etdiyini bildirib.