Çin Xarici İşlər Nazirliyinin rəhbəri Moskva ilə Pekin arasında dostluğun necə başladığını danışıbbackend

Rusiya ilə Çin arasındakı sarsılmaz dostluq onların İkinci Dünya Müharibəsi illərində faşizm və militarizmə qarşı birgə müqaviməti ilə başladı.

Bunu Moskvada rəsmi səfərdə olan Çinin xarici işlər naziri Van Yi deyib.

Diplomat qeyd edib ki, 2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi tamam olur. Bundan əlavə, bu il ÇXR xalqı Yaponiya təcavüzünə qarşı Müqavimət Müharibəsində Qələbənin ildönümünü qeyd edir.

“Asiya və Avropanın əsas müharibə teatrları kimi, xeyirlə şər arasında amansız müharibədə Çin və Rusiya faşizmə və militarizmə qarşı birgə mübarizədə əsas qüvvələr idi.  Ölkələrimiz İkinci Dünya Müharibəsində birgə müqavimət göstərərək qırılmaz dostluq telləri yaratdılar və bu, ikitərəfli münasibətlərin inkişafına güclü təkan oldu”, – deyə Vainqi bildirib.