Çin Yaponiya parlamentinin üzvünə sanksiya tətbiq edibbackend

Pekin Yaponiya parlamentinin yuxarı palatasının etnik çinli üzvü Hei Sekiyə (Şi Pinq) qarşı Çinin suverenliyini pozan hərəkətlərə görə sanksiyalar tətbiq edib.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, yapon siyasətçi Tayvan, Diaoyu adaları, tarixi məsələlər, həmçinin Sincan, Tibet və Honq Konqda baş verən hadisələrlə bağlı yalan məlumatlar yayır. Onun hərəkətləri Çinin suverenliyini və ərazi bütövlüyünü əhəmiyyətli dərəcədə pozaraq, Çinin daxili işlərinə ciddi müdaxilə adlandırılır.

Xüsusilə, Hei Seki Asiya ölkələrində yapon militarizminin simvolu sayılan Yasukuni məbədini açıq şəkildə ziyarət edir və bununla da Pekin və Tokio arasında əldə olunmuş razılaşmaları kobud şəkildə pozur. O, “vahid Çin” prinsipinə də əməl etmir.