Çin səlahiyyətliləri Yaponiyanın bir sıra yerli şirkətlərə Rusiya ilə işləməsinə görə sanksiyalarını tənqid edib və cavab tədbirləri görəcəklərini vəd ediblər. TASS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian məlumat yayıb.
“Yaponiya tərəfi ÇXR-in ciddi mövqeyini nəzərə almayıb və bəzi dövlətlərə qarşı qeyri-qanuni sanksiyalardan israrla sui-istifadə edir. Biz qanuni hüquqlarımızı qətiyyətlə müdafiə edəcəyik”, – deyə spiker bildirib.
Lin Jian qeyd edib ki, Pekin Moskva ilə bərabərhüquqlu və qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirir. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, buraya kənar müdaxilə yolverilməzdir.
Mənbə: TASS