Çin Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

Çinin BMT-dəki daimi nümayəndəsi Zhang Jun bildirib ki, Pekin Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırır. Bu barədə TASS məlumat yayıb.

Diplomatın sözlərinə görə, Çin hərbi əməliyyatların tezliklə dayandırılmasının tərəfdarıdır. Onların yayılmasının və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq lazımdır.

Bundan əlavə, Zhang Jun bildirib ki, Çin BMT və ikitərəfli kanallar vasitəsilə Qəzza zolağına təcili humanitar yardım göstərəcək.

Mənbə: TASS

Oxşar xəbərlər