Carnewschina.com xəbər verir ki, Chery Çində yeni iCar V27 yolsuzluq avtomobili üçün sifarişləri qəbul etməyə başlayıb. Avtomobil 2026-cı il yanvarın ortalarından başlayaraq dilerlərə çatdırılacaq. Xarici bazarlarda model iCaur brendi altında satılacaq.
Avtomobil 1,5 litrlik benzin mühərriki və hərəkət üçün elektrik mühərrikindən ibarət hibrid güc aqreqatı ilə təchiz edilib. Həm arxadan çəkişli, həm də tam ötürücülü versiyalar təklif olunacaq. Ən yüksək səviyyəli tam ötürücülü variant 455 at gücü hasil edəcək və 200 km-ə qədər tam elektrik məsafəsi təklif edəcək.
Yeni SUV-nin hibrid güc aqreqatı (REEV) -35°C ilə +60°C arasında dəyişən temperaturlarda səmərəli işləməyi təmin edir.














