Çində ictimai nəqliyyatın dörddə üçündən çoxu yeni enerji mənbələri ilə işləyir.
Bunu ölkənin paytaxtında keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasında Çin Xalq Respublikasının nəqliyyat naziri Li Syaopen deyib.
“Yeni enerji daşıyıcılarından istifadə Çinin ictimai nəqliyyat sisteminin 77,6%-ni təşkil edir”, – deyə nazir qeyd edib.
O, yaşıl və ağıllı nəqliyyatın sürətlə inkişaf etdiyini vurğulayıb.
Nazirin sözlərinə görə, yeni enerji avadanlıqları və ekoloji cəhətdən təmiz enerjidən getdikcə daha çox istifadə olunur.
Syaopen bildirib ki, Çin dünyanın ən böyük sürətli dəmir yolu şəbəkəsini, sürətli yol şəbəkəsini və sürətli poçt sistemini, eləcə də dünya səviyyəli liman klasterini inşa edib.
Mənbə: TASS