Çin virusoloqları COVID-19 ilə eyni şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.
Bu barədə “South China Morning Post” məlumat yayıb.
Nəşr qeyd edir ki, bu virus ilk dəfə Honq-Konqda yapon yarasasında aşkar edilmiş HKU5 koronavirusunun yeni nəslidir.
Nəşr vurğulayır ki, Çin Elmlər Akademiyasının Quançjou filialı, Uhan Universiteti və Uhan Virusologiya İnstitutunun mütəxəssisləri Quançjou laboratoriyasında araşdırma aparıblar.