“Science X” jurnalı yazır ki, Çin alimləri ölkənin cənubunda diametri 900 metr olan meteorit krateri aşkar ediblər və bu, Holosen dövrünə aid ən böyük məlum krater olub.
Guangdong əyalətində yerləşən Jinling krateri təxminən 11.700 il əvvəl əmələ gəlib. O, əvvəlki rekordçu olan Rusiyanın Maça kraterini (300 metr) xeyli üstələyir. Tədqiqatçılar kvars kristallarında xarakterik deformasiyalara əsaslanaraq obyektin kosmik mənşəyini təsdiqləyiblər.
“Bu kəşf Holosen dövründə kiçik kosmik obyektlərin Yerə təsirinin miqyasının əvvəllər düşünüldüyündən qat-qat böyük olduğunu nümayiş etdirir”, – tədqiqat müəllifi Min Çen qeyd edib.














