Çində tank avtomobillərinin istehsalı dayandırılıbbackend

Çində ölkədəki anomal istilər səbəbindən Tank yolsuzluq avtomobillərinin istehsalı müvəqqəti olaraq dayandırılıb. Bu barədə Cnevpost.com xəbər verir.

“Bu yay mövsümündə temperatur yüksəlməkdə davam edir. Avadanlıqların dayanıqlı işləməsini təmin etmək məqsədilə iyulun sonunadək Tank zavodlarında təhlükəsizlik yoxlamaları və avadanlıqlara texniki xidmət işlərinin aparılması nəzərdə tutulur”, – məlumatda deyilir.

Qeyd olunur ki, Çonçinq və Hubey və Hebey əyalətlərindəki tank zavodları iyulun 23-dən iyulun 31-dək istehsal xətlərini dayandıracaq.

Mənbə: Cnevpost.com