Çində Ukraynada münaqişəyə necə son qoymağın mümkün olacağını söylədilərbackend

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui deyir ki, Ukrayna münaqişəsi müharibə zonasına silah tədarükünü başa çatdırmaqla bitə bilər.

Bu barədə TASS məlumat yayıb.

“Biz inanırıq ki, əgər müharibəni dayandırmaq, insanların həyatını xilas etmək və sülhə nail olmaq üçün real istək varsa, biz müharibə zonasına silah tədarükünü dayandırmalıyıq”, – Li Hui əlavə edib.

Çin nümayəndəsinin fikrincə, Kiyevə silah tədarükü dayandırılmasa, “spiral şəklində” eskalasiya riski var.

Li Hui izah edib ki, Ukraynadakı münaqişənin siyasi həlli yolunda “çoxlu çətinliklər və fikir ayrılıqları” var.