Çində yaşayan azərbaycanlı gənc son vəziyyətdən danışdıbackend

Çində yaşayan həmyerlimiz Əfsanə Abdullayeva virusun yayıldığı ölkə və yaşadığı şəhərdəki son vəziyyət barədə məlumat verib:

Salam dostlar , çoxlu sualları nəzərə alıb məndə bu məşhur #Coronovirus haqda yazıram. Bildiyiniz kimi hazırda Çində yaşayıram və olanları hər şeyi görürəm .Çin hökümətinə həqiqətən də böyük bir təşəkkür düşür epidemiya ilə mübarizəsini görəndə .Deməli 10 gün içərisində yeni xəstəxana tikildi və yüngül xəstələrə robotların köməyi ilə profilaktik tədbirlər görürlər.Hər binanın önündə addımbaşı yoxlanış var .Hətta maşınla şəhərə girəndə də yoxlayırlar .Dronlar və termal kameralar vasitəsilə ərazilər yoxlanır .Marketlərdə ərzaq qıtlığı yoxdur və qiymət artımı yoxdur .Dövlət cəzalandırırı suni qiymət artımını .Həkimlərin etdiyi fədakarlığı görəndə isə sadəcə susuram .Şəhər icra hakimiyyətində o qədər könüllü işləyir ki yoxlama stansiyalarında .Mən Şencendə yaşayıram və artıq necə gündür yeni xəstə sayı qeydə alınmayıb və xəstələrın sağalması xeyli artıb .Məncə səbəb artıq istilərin düşməsidir .Belə ki burada hazırda 27 dərəcənin üzərindədir hava və virus 26 dərəcədən sonra məhv olur .

Necə Qorunmalıyıq və xüsusiyyətləri nələrdir ??
Virus quru havada daha tez yayılır ona görə tez tez isti su içsəniz nəfəs sisteminizi qorumuş olarsınız.Əgər tapa bilsəniz KN95 markalı maskalardan istifadə edin .Olmasa adi əməliyyat maskaları da olar amma 4 saatdan bir dəyişin .C vitaminini bol edin soğan sarımsaq ən yaxın dostunuz olsun .Spirt və əl təmizləyici gəzdirsəniz üstünüzdə mükəmməl olar .Ehtiyacınız olmadıqca küçəyə çıxmayın ! .Gələrkən evə üstünüzdəki patlarlarınızı yuyun evdə heç yerə oturmamış .

SON olaraq : Allah Yardımçınız olsun !!!!

İctimai.az