Çində yeni simsiz əlaqə texnologiyası hazırlanıb

Çinin “Huawei” şirkəti simsiz rabitə sahəsində özünün ən son inkişafını – Wi-Fi və Bluetooth-un üstünlüklərini birləşdirən NearLink texnologiyasını elan edib. Bu barədə Ferra.ru portalı məlumat yayıb.

NearLink yüksək sürət və az enerji sərfiyyatı ilə qısa məsafələrə məlumat ötürməyə imkan verir. Şirkətin məlumatına görə, NearLink Bluetooth-u sürətdə altı dəfə, gecikmədə 30 dəfə, enerji səmərəliliyi baxımından isə 60% ötüb. Bundan əlavə, NearLink diapazonu iki dəfə artırır və bağlantıların sayını 10 dəfə artırır.

NearLink texnologiyasını dəstəkləyən ilk məhsul avqustun sonunda təqdim edilən Huawei Mate 60 flaqman smartfonu oldu. Şirkət həmçinin NearLink-i HarmonyOS əməliyyat sisteminə və Huawei və tərəfdaşlarının digər cihazlarına inteqrasiya etməyi planlaşdırır.

Mənbə: Ferra.ru

Oxşar xəbərlər