Çində yenilənmiş Tank 500 yolsuzluq avtomobilinin satışına başlanılıbbackend

Çində yenilənmiş Tan 500 yolsuzluq avtomobili satışa çıxarılıb. Bu barədə carnewschina.com portalı məlumat yayıb.

Avtomobilin baza versiyası 335 min yuandır.

Tank 500 yeni radiator barmaqlığı və damda sürücüyə yardım sistemlərinin işləməsini təmin edən lazer radarı (lidar) aldı. Oturacaqların ikinci cərgəsində multimedia sisteminin 3K təsvir ölçülü 17,3 düymlük tavan ekranı və altı idarəetmə rejimi var: səs, jest, toxunma, telefon, pult, eləcə də qoltuqaltında ekrandan istifadə. Yeni avtomobil həmçinin temperaturun -6°C-dən 50°C-dək tənzimlənməsi diapazonuna malik 50 Vt gücündə kompressorlu soyuducu ilə təchiz olunacaq.

SUV-nin elektrik stansiyası eyni qaldı: 2.0 turbo mühərrik, elektrik mühərriki və 9 pilləli avtomatik transmissiya.