Çində yüzdən çox avtomobil yol qəzasına düşübbackend

Çində buz bağlaması səbəbindən yolda 100-dən çox avtomobil toqquşub. Bu barədə NDTV televiziya şirkəti məlumat yayıb.

“Çinin Suçjou şəhərində 100-dən çox avtomobilin buz bağlamış avtomobil yolunda bir-biri ilə toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, son bir neçə həftə ərzində Çinin əksər ərazilərində şaxtalı hava hökm sürür, qar fırtınası və şaxtalı yağışlar yağır. Bu da ölkədə avtomobil yollarının buz bağlamasına səbəb olub.

Mənbə: NDTV