Çinin Tayvanla bağlı Avropaya təzyiq planı Britaniyada ifşa olunubbackend

Britaniyanın “The Guardian” qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Çin Avropa Birliyi (AB) ölkələrinə diplomatik təzyiq göstərir və onları Tayvanlı siyasətçilərin ölkəyə girişinə icazə verməməyə və viza verməməyə çağırır.

Çin hakimiyyəti Tayvanın “diplomatik pasportlarının” rədd edilməsini, Tayvanın hazırkı və keçmiş yüksək vəzifəli rəsmilərinin ölkəyə girişinə icazə verilməməsini və onların Aİ-dəki rəsmi əlaqələrinin məhdudlaşdırılmasını tələb edir. Bu tələblər notalar və birbaşa bəyanatlar vasitəsilə çatdırılır.

ABŞ prezidenti Donald Tramp daha əvvəl Çin prezidenti Si Cinpinin prezidentliyi dövründə Tayvana qarşı hərbi əməliyyat başlatmağa cəsarət etməyəcəyinə əminliyini bildirmişdi.