Çin Xalq Respublikasının ticarət nazirinin müavini Li Çenqanq Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp administrasiyasının nümayəndələri ilə ticarət danışıqları aparmaq üçün bu həftə Vaşinqtona səfər edəcək.
Nəşrin məlumatına görə, Amerika paytaxtında Li Çenqanq ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri ilə, həmçinin ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə görüşməyi planlaşdırır. Səfər proqramına işgüzar dairələrin nümayəndələri ilə görüşlər də daxildir.
Əsas məsələlərdən biri Çin tərəfindən Amerika soyasının alınması olacaq. Bildirilir ki, Çin tərəfi Amerika məhsullarının idxalına zəmanət müqabilində fentanilin yayılması probleminə görə Vaşinqtonun tətbiq etdiyi 20 faizlik gömrük rüsumlarının ləğvinə çalışacaq. Bundan əlavə, qəzetin yazdığına görə, Li Çenqanq Çinə avadanlıq idxalına qoyulan məhdudiyyətlərin yumşaldılması imkanlarını müzakirə etmək niyyətindədir.











