Çinin xarici işlər naziri Qin Qanq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdə deyib ki, Tayvan məsələsi Vaşinqtonla münasibətlərdə “ən əhəmiyyətli risk” yaradır.
Çin Mərkəzi Televiziyası Qin Gang-dan sitat gətirib: “Tayvan məsələsi Çinin əsas maraqlarının mərkəzində dayanır, ABŞ ilə münasibətlərdə ən əhəmiyyətli riskdir”.
Ümumilikdə ABŞ-la münasibətlərdəki vəziyyəti şərh edən Qin Gang, diplomatik münasibətlərin qurulmasından bəri ən aşağı nöqtədə olduqlarını bildirib. Eyni zamanda, çinli diplomat qeyd edib ki, Pekin Amerika Birləşmiş Ştatları ilə sabit, proqnozlaşdırıla bilən və konstruktiv qarşılıqlı fəaliyyət qurmağa çalışır.
Öz növbəsində, Blinken Çindən olan həmkarı ilə görüşdə ABŞ-ın öz maraqlarını və dəyərlərini müdafiə etməyə davam edəcəyini bildirib.
Mənbə: BBC