Çinli humanoid son dərəcə soyuq temperaturda yüksək bir dağın üzərindən 100 km məsafə qət edibbackend

Cnevpost.com saytının məlumatına görə, Çinin humanoid robotu Unitree G1 rekord dərəcədə soyuq temperaturda sınaqları uğurla başa vurub.

Sınaqlar Çinin Sincan əyalətinin yüksək dağlıq bölgəsində -47,5°C-yə qədər temperaturda aparılıb. Təcrübə zamanı humanoid robot qarlı ərazidə təxminən 130.000 addım (təxminən 100 km) məsafə qət edib. Nəşrin məlumatına görə, humanoid robotlar əvvəllər heç vaxt bu qədər aşağı temperaturda sınaqdan keçirilməyib.

Jurnalistlər yazır ki, tərtibatçılar robotun ekstremal şəraitdə dəqiq işləmə müddətini təqdim etməyiblər. Lakin normal temperatur şəraitində bu modelin standart batareyası təxminən iki saat fasiləsiz işləməyi təmin edir. Unitree həmçinin qış sınaqları üçün mümkün batareya dəyişiklikləri barədə məlumat vermədiyi bildirilir.