“South China Morning Post” xəbər verir ki, günəş işığından qorxan çinli qadın yuxuda çevrildikdən sonra sümüklərini sındırıb.
Həkimlər bunun onun bədənində D vitamini çatışmazlığı ilə bağlı olduğunu düşünürlər.
Günəş yanığı fobiyasından əziyyət çəkən və uzun illər günəş işığından qaçan çinli qadın çarpayıda sadəcə yuvarlandıqdan sonra ciddi sınıqlar keçirib. Xindu Ənənəvi Çin Tibb Xəstəxanasından həkim Lonq Şuanq bildirib ki, 48 yaşlı xəstə yuxuda yüngül hərəkət edib, lakin bu onun zədələnməsinə kifayət edib.
Həkimlərin aşkar etdiyi kimi, sınıq qadının bədənində D vitamininin həddindən artıq aşağı səviyyədə olması, sümük toxumasının sürətlə məhvinə və osteoporozun ağır formasına səbəb olub. Çinli qadının uşaqlıqdan birbaşa günəş işığından qaçdığı, çöldə heç vaxt qısaqol paltar geyinmədiyi, daim günəşdən qoruyucu istifadə etdiyi və hətta üzünü xüsusi sarğı ilə bağladığı qeyd edilir.