Naməlum şəxslər bloger Aleksandra Mitroşinanın İnstaqram səhifəsini sındırıb.
Bu barədə onun vəkili məlumat verib.
O vurğulayıb ki, blogger hadisənin nəticələrini tez aradan qaldıra bilmir, çünki məhkəmə ona internetdən istifadəni qadağan edib.
Mitroşinanın İnstaqramda 4 milyondan çox izləyicisi var. Blogger həyatı daha uğurlu və xoşbəxt etmək üçün onlayn kurslar satırdı. O, həmçinin bir çox marafonların və “pul axını ilə ittiham olunan” kursların müəllifi idi.