CNN jurnalistləri Karakasda baş verən hücumun təfərrüatlarını açıqlayıblarbackend

Amerika xəbər saytında yer alan məqaləyə görə, Venesuelanın paytaxtı Karakasda baş verən və CNN heyətinin şahidi olduğu ilk partlayış yerli vaxtla təxminən saat 1:50-də qeydə alınıb.

CNN müxbiri Osmari Hernandez bildirib ki, “Partlayış o qədər güclü idi ki, mənzilimin pəncərəsini silkələdi”.

Venesuelanın paytaxtı Karakasda 3 yanvarda ən azı yeddi partlayış baş verib. Medianın məlumatına görə, Fort Tiuna hərbi bazasına, Generalissimo Francisco de Miranda hava bazasına, limana və Karib dənizindəki Marqarita adasına hücum edilib. Baş Qərargah, prezident sarayı və neft emalı zavoduna da zərbə endirildiyi iddia edilir.